ARTİ I-XI siniflər üçün riyaziyyat fənninin məzmununun təkmilləşdirilməsi istiqamətində Sinqapurun Marşal Kavendiş İnstitutu ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində növbəti mərhələdə görüləcək işlərin konkretləşməsi, cədvəl üzrə planlaşdırılması, iş prosesində yer alacaq mütəxəssislərin dəqiqləşdirilməsi kimi məsələləri müzakirə etmək üçün hər iki institutdan məsul şəxslərin iştirak etdiyi onlayn iclas keçirilib.
İclasda növbəti ildə riyaziyyat fənninin kurikulumunun təkmilləşdirilib təhvil verilməsinə və 2022/2023-cü tədris ilində pilot olaraq tətbiq edilməsi üçün “Riyaziyyat 5” dərslik komplektinin hazırlanıb təqdim edilməsinə qərar verilib.