Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat başa çatır

Tarix: 12.06.2024
Paylaş:

 

 

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına bir gün qalıb. Belə ki, qeydiyyat 13 iyun saat 15:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı üzərindən (sy.edu.az) həyata keçirilir. Qeydiyyatla bağlı hər hansı çətinlik yaranacağı təqdirdə aşağıda qeyd olunan nömrə ilə “Whatsapp” platforması üzərindən əlaqə saxlaya bilərsiniz.

(+99450) 7914631