“Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Şəki şəhərində görüşlər keçirilib

Tarix: 13.06.2024
Paylaş:

Təhsil İnstitutunun 2024-cü il üçün fəaliyyət planına əsasən, “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində iyun ayının 10-da və 11-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Şəki şəhərində görüşlər keçirilib. Tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunmuş sessiyalarda iştirak edib.

ARTİ-nin Təhsil standartları və proqlamları şöbəsinin təşkilatçılığı, müvafiq fənn kurikulumlarının müəlliflərinin iştirakı ilə keçirilən tədbirdə dəvət olunmuş müəllimlər ilə təkmilləşdirilmiş fənn kurikulumları barədə qarşılıqlı müzakirələr aparılıb. İştirakçılar aparılan təkmilləşdirmələr haqqında əsasən müsbət fikirlər bildirərək, yenilənmiş məzmunun şagirdləri həyata daha yaxşı hazırlayacağını qeyd ediblər.