ARTİ-nin direktor müavini Ənvər Abbasov, Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri Piralı Əliyev və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı 23-26 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Qazi Universitetinin təşkilatçılığı ilə həyata keçirilən Türk Dünyası Beynəlxalq Təhsil Elmləri konfransında iştirak ediblər.
Konfransın açılış tədbirindən sonra təşkil olunan “Müəllim hazırlığı” panelində Könül Abaslı “Azərbaycanda müəllim hazırlığının inkişaf tarixi” mövzusunda çıxış edib.
Sessiyalarda isə ARTİ-nin direktor müavini Ənvər Abbasov “Azərbaycanda pedaqoji tədqiqatların əsas istiqamətləri”, Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri Piralı Əliyev “Orta məktəblərdə və liseylərdə Türk dövlətlərinin ədəbiyyatlarının təhsili” və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı isə “Universitet tələbələrinin e-öyrənməyə hazırlıq vəziyyətləri” mövzusunda apardığı tədqiqatların nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.