Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.
Seminar 21 iyunda Yasamal rayonu Faiq Rzayev adına 150 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təşkil edilib. Məktəbin Azərbaycan dili müəllimi Muradova Ləman V sinif dərsliyində olan “İki limon ağacı” təmsili əsasında dərs icmalı təqdim edib.
İcmal əsasında dərsin məqsədinin alt standartlardan çıxarılması, onların reallaşdırılması yolları, təlimin məqsədi və qiymətləndirmə meyarları, dərslik və metodik vəsaitlə iş üsulları, təlim formaları, təlim üsulları, fənlərarası inteqrasiya, refleksiv sualların qoyulması, tapşırıqların seçilməsi, mətn üzrə işin təşkili və s. kimi məsələlər müzakirə edilib.
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.