8, 9 və 10-cu siniflər üzrə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi və mükafatlandırma mərasimi keçirilib.
27-29 iyun tarixlərində S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında 8, 9 və 10-cu siniflər üzrə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün düşərgə təşkil olunub. Düşərgədə şagirdlərlə müxtəlif mövzu və misallar üzrə müzakirələr aparılıb. Eyni zamanda, düşərgə boyunca maraqlı və intellektual oyunlar təşkil olunub, xüsusilə, məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən yarışlar keçirilib.
Sonda isə qaliblərə müxtəlif hədiyyələr təqdim olunub və onlar medallarla təltif olunub. Qeyd edək ki, mükafatlandırma tədbirində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov və dəfələrlə yerli və beynəlxalq olimpiadaların qalibi olmuş, hal-hazırda Beynəlxalq Olimpiada Hazırlıq mərkəzinin müəllimi olan İsmət Ağayev şagirdləri təbrik edərək, onlara uğurlar arzu edib.