Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir

Tarix: 01.07.2024
Paylaş:

 

Test imtahanı mərhələsinin başlamasına son 1 gün qaldı.

2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!