Təhsil İnstitutu fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır

Tarix: 02.07.2024
Paylaş:

 

Təhsil İnstitutu aşağıdakı fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

• Azərbaycan dili (dövlət dili)
• İkinci xarici dil
• Musiqi
• Təsviri incəsənət
• Texnologiya
• Çağırışaqədərki hazırlıq
• Fiziki tərbiyə

Namizədlər üçün minimum tələblər:
• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
• Fikirləri yazılı formada ifadə etmə bacarığı;
• Araşdırma və təhlil üzrə səriştə;
• Ən azı 5 illik pedaqoji təcrübə;
• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

Müraciət forması: Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında tsp@arti.edu.az poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.