VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edəcək komanda məlum oldu

Tarix: 26.11.2021
Paylaş:

6-13 dekabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində VI Meqapolislər olimpiadası keçiriləcək.

Olimpiadanın onlayn şəkildə təşkil olunması nəzərdə tutulub.

Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq prosesi ARTİ tərəfindən həyata keçirilir.

Ölkəmiz bu yarışda riyaziyyat, informatika, kimya və fizika fənləri üzrə hər birindən 2 iştirakçı olmaqla təmsil ediləcək. Həmin şagirdlərin siyahısını aşağıda təqdim edirik:

Sadıq SadıqzadəTəhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdiFizika fənni üzrə
Eşqin AlıyevTəhsil Nazirliyinin  birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdiFizika fənni üzrə
Elçin MusazadəBakı şəhəri, 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdiRiyaziyyat fənni üzrə
Toğrul AbbasovTəhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdiRiyaziyyat fənni üzrə
Nəriman ŞirinliBDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin XI sinif şagirdiKimya fənni üzrə
Əli BağırovTəhsil Nazirliyinin birbaşa tabeliyində olan “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdiKimya fənni üzrə
Səid NəsibovHeydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdiİnformatika fənni üzrə
Fidan HüseynovaTəhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdiİnformatika fənni üzrə