MİQ üzrə müsabiqənin ingilis dili fənni üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başladı

Tarix: 08.07.2024
Paylaş:

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ingilis dili fənni üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.