MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinin VII günü

Tarix: 09.07.2024
Paylaş:

9 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, müsabiqənin təşkil olunduğu Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olmuşdur. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilmişdir.

Sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Test imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!