10 iyul tarixində Təhsil İnstitutunda doktorantura və dissertanturaya qəbul imtahanlarının birinci mərhələsi olan xarici dil fənnindən uğurlu nəticə göstərən iddiaçılar ilə görüş keçirilib.
İlk olaraq Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov birinci mərhələdən uğurla keçən iddiaçıları təbrik edib və onlara uğurlar arzulayıb, Təhsil İnstitutunda doktorant, dissertant və elmi kadr hazırlığı məsələləri üzrə institutun əsas hədəfləri barədə məlumat verib.
Professor Hümeyir Əhmədov həmçinin doktoranturaya qəbul imtahanının növbəti mərhələsi olan fəlsəfə və ixtisas fənlərindən imtahanların keçirilmə qaydaları, fənn proqramları barədə iddiaçıları məlumatlandırıb.
Elmi katibliyin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova isə fəlsəfə fənnindən qəbul imtahanında imtahanın gedişatı, proqram materialını əhatə edən ədəbiyyat və iddiaçıların qarşılaşdığı problemlərin həlli ilə bağlı istiqamətlər verib.
Daha sonra iddiaçıları maraqlandıran suallar cavablandırılıb.