ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir

Tarix: 11.07.2024
Paylaş:

 

ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Tələblər:
• Pedaqoji sahədə ali təhsil (magistr ali elmi-ixtisas dərəcəsi);
• Pedaqoji sahədə minimum 3 il təcrübə;
• Təhsil, sosial və ya biznes layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
• Müvafiq kompüter bilikləri;
• Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• Tədqiqat bacarıqları;
• Layihələri idarəetmə bacarıqları;
• Müstəqil və komanda mühitində işləmək bacarığı;
• Analitik və strateji düşünmə və problem həlletmə bacarığı;
• Təhsil sahəsi ilə bağlı biliklər;
• Təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:
• İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
• Təhsil tədqiqatlarının aparılması;
• Təhsil problemlərində innovativ həll yollarının tapılmasına dəstək;
• Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasının təmin edilməsi;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 24 iyul tarixinədək CV-lərini innovations@arti.edu.az elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.