“Müəllimlərin idarəolunması” işçi qrupunun növbəti təlim görüşləri keçirilib

Tarix: 22.07.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Müəllimlərin idarəolunması” işçi qrupunun növbəti təlim görüşləri 27 iyun, 3, 4, 5 və 12 iyul tarixlərində baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd faktoloji bilik, funksional bilik, həqiqi bilik və savadlılıq anlayışları haqqında biliyi artırmaq, savadlılıq və funksional bilikləri ölçən tapşırıqların işlənib hazırlanması və şagirdlərin funksional bilik nailiyyətlərinin formativ təsviri qiymətləndirilməsi üzrə praktiki işlər görmək, PISA, TIMSS və PIRLS beynəlxalq tədqiqatlarının suallarını təhlil etmək olub. Həmçinin təlimlərdə xarici qiymətləndirmənin vacib maddi-texniki və təhlükəsizlik aspektləri, məxfiliyin qorunması, ədalətin təmin edilməsi kimi qiymətləndirmə ilə bağlı etik məsələlər, buraxılış imtahanları ilə bağlı qiymətləndirmə metod və alətləri üzrə təlim layihəsi haqqında danışılıb.

Təlimlərdə spiker qismində layihənin baş ekspertləri Maya Yukiç və Srdjan Verbiç çıxış edib.