56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğur qazanıb

Tarix: 30.07.2024
Paylaş:

21-30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil edilən 56-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər. 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.

Şagirdlərimizi təbrik edir və onlara təhsilin növbəti pilllələrində uğurlar arzulayırıq!