Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək şəxslərin nəzərinə!

Tarix: 13.08.2024
Paylaş:

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

✔şəxsiyyəti təsdiq edən sənəd;
✔ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;
✔xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.