MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı!

Tarix: 14.08.2024
Paylaş:



Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı. Bakı şəhər 161 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5740 nəfər dəvət edilib. İlk gün riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.

22 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

İştirakçılara uğurlar diləyirik!