ARTİ tərəfindən “İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” üzrə təlimlər keçirilib

Tarix: 15.08.2024
Paylaş:


8-11 avqust tarixlərində Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzi məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin ixtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi üçün “Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkilinin əsasları” mövzusunda təlim həyata keçirib.

Nəzəri və praktik hissədən ibarət təlimlər məktəbəqədər təhsildə uşaq hüquqları, təhsilverənlərin hüquq və vəzifələri, inklüzivlik, pedaqoji etika, məktəbəqədər təhsilin proqramı (kurikulumu) və s. kimi mövzuları əhatə edib. 24 akademik saatlıq təlim ərzində iştirakçılar proqram mövzularına uyğun olaraq fərdi və qrup işləri üzərində çalışıblar. Sonda onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin ixtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsidir.