Ümumi təhsil müəssisələrinin X-XI siniflərində təşkil olunan peşə təmayüllü siniflər üçün hazırlanmış “Mobil telefonların təmiri ustası” və “Foto-videoqraf” ixtisasları üzrə tədris proqramları müzakirə olunub

Tarix: 15.08.2024
Paylaş:

13 avqust tarixində ümumi təhsil müəssisələrinin X-XI siniflərində təşkil olunan peşə təmayüllü siniflər üçün hazırlanmış “Mobil telefonların təmiri ustası” və “Foto-videoqraf” ixtisasları üzrə hazırlanmış tədris proqramlarının müzakirəsi üçün dəyirmi masa keçirilib.

Dəyirmi masada “Mobil telefonların təmiri ustası” və “Foto-videoqraf” ixtisasları üzrə ekspertlər və Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları şöbəsi”nin əməkdaşları iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd 2024-2025-ci tədris ilində Peşə təmayüllü siniflərdə nəzərdə tutulan yeni ixtisaslar üzrə hazırlanmış tədris proqramlarının müzakirə olunaraq əmək bazarının tələblərinə uyğunlaşdırılması, rəy və təkliflərin alınması olub.

Mobil telefonların təmiri üzrə ekspertlər Zöhrab Xəlilov və Murad Əliyev “Mobil telefonların təmiri ustası” ixtisasının tədris proqramını əhatə edən təlim nəticələri və qiymətləndirmə meyarlarına daxil olan nəzəri bilik və praktiki səriştələri formalaşdıran mövzuları, onlara ayrılan saatları, tədris zamanı istifadə olunacaq alət, avadanlıq və ləvazimatların uyğunluğunu müzakirə etmiş və öz töhfələrini veriblər.

Foto-videoqraf üzrə ekspertlər Elşad Heydərov və Fahir İmamquliyev “Foto-videoqraf” ixtisasının tədris proqramını əhatə edən təlim nəticələri və qiymətləndirmə meyarlarına daxil olan nəzəri bilik və praktiki səriştələri formalaşdıran mövzuları, onlara ayrılan saatları, tədris zamanı istifadə olunacaq alət, avadanlıq və ləvazimatların uyğunluğunu müzakirə etmiş, öz rəy və təkliflərini veriblər.