ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq davam etdirilir

Tarix: 18.11.2021
Paylaş:

ARTİ ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq davam etdirilir.

Əməkdaşlıq çərçivəsində ARTİ-nin bir neçə əməkdaşı 16-17 noyabr tarixlərində Naxçıvan Muxtar Respublikasında təşkil olunmuş “Gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması” təlimlərinə cəlb olunub. Adıçəkilən təlimlərdə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov tərəfindən “Sinfin səmərəli idarə edilməsi”, təlimçi-metodist, Bakı şəhəri 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Rüstəmova tərəfindən isə “Müasir qiymətləndirmənin metod və üsulları” mövzularında təlimlər keçirilib.  

Qeyd edək ki, təlimlər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin nəzdində Gənc Müəlllimlər Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunub. Təlim prosesində Naxçıvan Gənc Müəlllimlər Assosiasiyasının 50-dən artıq üzvünün sinif idarəçiliyi, qiymətləndirmə üsulları, müxtəlif metodik və pedaqoji yönümlü sualları cavablandırılıb. 

Gələcəkdə Naxçıvan Muxtar Respublikasının gənc müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müxtəlif mövzularda davamlı olaraq təlimlərin keçirilməsi planlaşdırılır.