“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində çalışan yeni tərbiyəçi-müəllimlər təlimlərə cəlb olunacaq

Tarix: 16.11.2021
Paylaş:

10-30 noyabr tarixlərində 50 rayon və şəhərdən ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində çalışan 341 yeni tərbiyəçi-müəllim Bakıda keçiriləcək təlimlərə cəlb olunacaq. Təlimlər həftə içi 4 gün, hər bir qrupda 25 iştirakçı olmaqla gündəlik 2 qrup üzrə keçiriləcək.

Təlimlərin məqsədi 2021/2022-ci tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir. 

Bu təlimlərdə tərbiyəçi-müəllimlər ilkin tibbi yardım, oxu vərdişləri, davranış pozğunluğu olan uşaqlarla iş, valideynlərlə iş, qiymətləndirmə, inklüziv təhsil, praktik oyunlar kimi müxtəlif mövzularda bilik və bacarıqlarını inkişaf etdirəcəklər.