“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı distant təlimlər start götürüb

Tarix: 16.11.2021
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorları üçün “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı distant təlimlərə başlanılıb. Təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır.

Təlimlər zamanı müdavimlərə peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşə seçiminə təsir edən amillər, peşəyönümü işinin prinsipləri, peşəyönümü fəaliyyətinin təşkilində pedaqoji heyətin vəzifələri, peşəyönümü işində XXI əsrdə yaranmış peşələrin əhatə olunması, sahibkarlığın əhatə olunması, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi, vəzifələri və məzmunu haqqında məlumatlar verilib.

Təlimlər MS Teams platforması üzərindən onlayn formatda həyata keçirilir və növbəti aylarda da davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, seçilmiş təlimçilər tərəfindən tədris ili ərzində metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.