“Ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza təsiri” mövzusunda dərs icmalı

Tarix: 04.09.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş dərs icmalları təqdim edir. Bu icmallara əsasən müəllimlər materialları tədris üsuluna və məktəb şəraitinə uyğunlaşdırıb istifadə edə bilərlər.

İlk təqdim etdiyimiz dərs icmalı “Ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza təsiri” mövzusundadır. Dərsin təlim məqsədləri aşağıdakı kimidir:
• Ətraf mühitin çirklənməsinin müxtəlif növləri ilə tanış olmaq.
• Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün müxtəlif üsulları öyrənmək.
• Təsviri sözlərdən istifadə etməyi öyrənmək və tədqiqat vərdişlərinə yiyələnmək.

Materiallar 8-14 yaşlı uşaqlar üçün hazırlanıb, lakin müəllimlər onları istənilən yaş qrupuna uyğunlaşdıra bilərlər.

Qeyd edək ki, dərs icmalları müəllimlər tərəfindən hazırlanmışdır.

Ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza təsiri