ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 16 noyabr saat 17:00-da “Cəbri kəsrlər”, “N-ci dərəcədən kök”, “Ədədi və həndəsi silsilələr” və “Bərabərsizliklər” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin riyaziyyat müəllimi Nigar Əliyeva çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd “Cəbri kəsrlər, “N-ci dərəcədən kök”, “Ədədi və həndəsi silsilələr” mövzusuna dair müxtəlif növ tapşırıqların təhlilini riyaziyyat müəllimlərinin diqqətinə çatdırmaqdır. Vebinarda, həmçinin “Bərabərsizliklər” bölməsindən bərabərsizliklərin müxtəlif növlərinə aid maraqlı məsələlər təqdim olunacaq.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.