Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarları təqdim edirik.
Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:
proqram üzrə mövzunu təqdimetmə bacarığı;
təhsilalanları qiymətləndirmə bacarığı;
özünü təqdimetmə bacarığı;
pedaqoji prosesi təşkiletmə bacarığı;
ünsiyyət bacarığı.
Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Müsahibə mərhələsində iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!