“Tədris dili fənnində səriştə əsaslı qiymətləndirmə vasitələri” adlı vebinar keçiriləcək

Tarix: 06.09.2024
Paylaş:

 

 

14 sentyabr tarixində saat 16:00-da Təhsil İnstitutunun Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsinin aparıcı mütəxəssisi Şahanə Əhmədlinin moderatorluğu ilə “Tədris dili fənnində səriştə əsaslı qiymətləndirmə vasitələri” adlı vebinar baş tutacaq.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.