6 sentyabrda “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində ARTİ-nin mütəxəssisləri tərəfindən müəllimlərlə tədris-metodiki seminarlar keçirilib.
Metodiki görüşlərdə Qazax-Tovuz RTİ-nin Azərbaycan dili və ədəbiyyatı, xarici dil müəllimləri ilə Nəzakət Mehdiyeva tərəfindən “Gündəlik dərsin planlaşdırılması”, Quba-Xaçmaz RTİ-nin riyaziyyat müəllimləri ilə Mənsur Məhərrəmov tərəfindən “Təkmilləşdirilmiş riyaziyyat kurikulumu haqqında”, Dağlıq Şirvan RTİ-nin təbiət müəllimləri ilə Sona Hacılı, Səbinə Balayeva tərəfindən “Təbiət dərslərində istifadə olunan təlim strategiyaları”, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə Rafiq İsmayılov tərəfindən “Təkmilləşdirilmiş Azərbaycan dili kurikulumu”, Qarabağ RTİ-nin xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə Aynur Rüstəmova tərəfindən “Gündəlik dərsin planlaşdırılması” mövzuları müzakirə olunub və müəllimlər dinlənilib.
Qeyd edək ki, “Təhsil işçilərinin sentyabr konfransları” çərçivəsində müəllimlərlə tədris-metodiki seminarlar davam etdiriləcək.