“Məktəbəqədər təhsildə uşaqyönümlü yanaşmanın əhəmiyyəti” adlı vebinar keçiriləcək

Tarix: 12.09.2024
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 13 sentyabrda saat 13:00-da “Məktəbəqədər təhsildə uşaqyönümlü yanaşmanın əhəmiyyəti” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Böyük Britaniyanın Aberdin Universitetinin doktorantı Fərqanə Seyidli çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.