ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Culfa, Şahbuz, Ordubad, Kəngərli, Şərur, Babək rayonları üzrə “Azkomplektli siniflərdə tədrisin təşkili” mövzusunda təlimlər həyata keçirilib.
4-11 sentyabr tarixlərində onlayn formatda baş tutan təlimlərin məqsədi qeyd edilən rayonların kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə metodik dəstəyin verilməsi, onların peşəkarlıq səviyyələrinin artırılması olub. ARTİ-nin əməkdaşı Gülbəniz Abdullayeva tərəfindən aparılan təlimlərdə azkomplektli siniflərin üstünlükləri, təlim strategiyasının düzgün seçilməsi, diferensial təlim üsulları, azkomplektli sinifdə öyrədici (inkişafetdirici) mühitin yaradılması qaydaları, bu tip siniflərdə planlaşdırılmanın aparılması və s. kimi mövzular tədris edilib.
Qeyd edək ki, ARTİ tərəfindən müəllimlərə metodik dəstək məqsədli təlimlər mütəmadi olaraq təşkil edilməkdədir.