“Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimlər davam edir

Tarix: 05.11.2021
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimləri davam edir.  

19 oktyabr-5 noyabr tarixlərində mərkəzin əməkdaşları Nigar Əhmədzadə, Aynur Həşimova, Ayşə İsmayılova, Fidan Abbasova, Məhəbbət Məhərrəmova və Səbinə Balayevanın təqdimatında Balakən, İmişli, Qəbələ, Quba, Masallı, Şəki, Tovuz rayonları üzrə təlimlər keçirilib. Təlimlərə ümumilikdə  130 nəfərdən artıq metodik kabinet əməkdaşı və müəllim qoşulub.  

Qeyd edək ki, təlimlər növbəti aylarda da davam etdiriləcək. Təlimlərin 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilməsi nəzərdə tutulub.