ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin Təhsil işçilərinin qiymətləndirilməsi şöbəsi mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!

Tarix: 17.09.2024
Paylaş:

 

ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin Təhsil işçilərinin qiymətləndirilməsi şöbəsi mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

• Qiymətləndirmə vasitələrinin hazırlanması;
• Qiymətləndirmə prosesinin təşkili və idarə edilməsi;
• Qiymətləndirmə nəticələrinin emal, təhlil və analiz edilməsi;
• Müvafiq yerli təhsili idarəetmə orqanları ilə əməkdaşlığın qurulması;
• Vətəndaş müraciətlərinin və sorğuların cavablandırılması;
• Şöbənin icra etdiyi digər fəaliyyətlərin icrası.

Tələblər:

• Ali təhsil;
• 3 ildən az olmayaraq iş təcrübəsi;
• Azərbaycan dilində düzgün yazı və səlis danışıq bacarığı (rus və ingilis dili biliyi arzuolunandır);
• Qiymətləndirmə sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
• “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
• “Google” alətlərindən istifadə bacarığı;
• Statistik hesabatların hazırlanması bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• İdarəetmə bacarığı;
• Şəxsi keyfiyyətləri (ünsiyyətcil, intizamlılıq, stressə qarşı davamlılıq).

İş şəraiti:

• İş günləri: I-V günlər;
• İş saatı: 09:00-18:00.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 10 oktyabr tarixinədək CV-lərini mdpim@arti.edu.az elektron poçt ünvanına “mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.