30 sentyabrda Təhsil İnstitutunun “Psixologiya və xüsusi təhsil” şöbəsi tərəfindən Bakıxanov qəsəbəsində yerləşən Füzuli rayonu 5 saylı tam orta məktəbdə “Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” adlı dəyirmi masa keçirilib.
Məktəbin direktoru Səbinə Məmmədova tədbiri açıq elan edərək, Şuşanın tarixindən, 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən bəhs edib.
ARTİ-nin “Psixologiya və xüsusi təhsil” şöbəsinin müdiri Elxan Bəylərov Şuşanın tarixi-mədəni irsini, Qarabağın azad olunması və suverenliyimizin bərpasının əhəmiyyətini vurğulayıb.
Məktəbin tarix müəllimi Aydan Rəşidli təqdimatla çıxış edərək Qarabağın mədəni-tarixi abidələri haqqında məlumat verib, onların Azərbaycan mədəniyyətində yeri və rolundan söz açıb. Məktəbin riyaziyyat müəllimi Şənlik Əhmədov isə Azərbaycanın mədəni irsində Şuşa tarixi və mədəni abidələrinin rolu haqqında geniş məlumat verib.