7 may 2022-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Müvafiq fənlər üzrə final turunda 300-dən çox şagird iştirak edib. Final turunda şagirdlərə açıq tipli tapşırıqlar və 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr https://www.olimpiada.edu.az/ saytında elan ediləcək.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Qeyd edək ki, RFO “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.