ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvanda elm və təhsilin inkişafı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ARTİ əməkdaşları, BDU-nun, “Azərbaycan dili və ədəbiyyat tədrisi”, “Məktəbəqədər və ibtidai təhsil” jurnallarının nümayəndələri və digər ziyalılar iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Naxçıvanda elm və təhsilin inkişafı” mövzusunda təqdimatla çıxış edərək Naxçıvanın tarixən Azərbaycan dövlətçiliyinin, elm, təhsil və mədəniyyətinin mərkəzi olduğunu qeyd edib. Naxçıvan elm və təhsil sahəsində Azərbaycanın inkişafına böyük töhfələr verib. Bütövlükdə elm, təhsil və mədəniyyətin inkişafında Yusif Məmmədəliyev, Fərəməz Maqsudov, İsa Həbibbəyli və başqaları kimi tanınmış naxçıvanlı alimlərin böyük xidmətləri olub.
Dəyirmi masa diskussiya şəklində başa çatıb.