11 oktyabrda ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsilə bağlı Nərimanov rayonu Dilqəm Nəbiyev adına 178 №li tam orta məktəbdə riyaziyyat fənn müəllimləri üçün görüş təşkil edilib. Keçirilən seminarda məktəbin riyaziyyat müəllimi Rauf Abbasov V sinif dərsliyində olan “Düzgün kəsrlər və düzgün olmayan kəsrlər” mövzusu əsasında dərs icmalı təqdim edib.
Seminarda dərsin günlük planlaşdırılması, təlim nəticələrinin məzmuna uyğun alt standartlardan çıxarılması, məktəbdaxili qiymətləndirmənin növləri, təlimin məqsədi və qiymətləndirmənin uyğunluğu, təlimin təşkilində istifadə edilən forma və üsullar, təlim strategiyaları, refleksiv sualların qoyulması, tapşırıqların dərsin məqsədinə uyğun hazırlanması, şagirdlərdə özünəinam hissinin (motivasiya) formalaşdırılması, şagird naliyyətlərin yüksəlməsində motivasiyanın əhəmiyyəti və başqa mühüm məsələlər müzakirə olunub.
Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ TPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.