ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 28 oktyabr saat 17:00-da “Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
Xatırladaq ki, ARTİ daha öncə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz.