“İnformatika fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək

Tarix: 16.10.2024
Paylaş:

 

21 oktyabr tarixində saat 20:00-da Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “İnformatika fənninin məzmununda yeniliklər” adlı vebinar keçiriləcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.