Respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri bilbacar.edu.az saytına daxil olaraq tamamilə ödənişsiz qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan iki üsulla keçmək olar:
Oktyabrın 15-də ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edən “BilBacar” müsabiqəsində iştirak üçün onlayn qeydiyyata start verilib. Qeydiyyat prosesi bilbacar.edu.az saytı üzərindən aparılır. Şagirdlər iştirak üçün sözügedən sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Müsabiqənin onlayn mərhələsini hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird gələn ilin iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq. Final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər I, 6 nəfər II və 9 nəfər III yerin qalibi təyin olunacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir. Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiqetmə qabiliyyətinin artırılması hədəflənir.