18 oktyabrda Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə Bakı şəhəri ümumtəhsil müəssisələrinin fənn müəllimləri və müəllif heyətinin iştirakı ilə keçirilib.
Görüşdə Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və ədəbiyyat fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib.
İşçi qrupunun üzvü Soltan Əliyev ədəbiyyat fənni üzrə kurikulumunun hazırlanması haqqında məlumat verib. İşçi qrupunun digər üzvü Vüsalə Nəbisoy isə məzmunda edilən dəyişiklikləri özündə əks etdirən təqdimatla çıxış edib.
Daha sonra görüş qarşılıqlı müzakirə formatında davam edib.
Görüşdə müəllimlər təkmilləşdirilmiş standartların dərslikdə öz əksini tapmasının vacibliyini qeyd edib, sənədə dair rəy və təkliflərini səsləndirib, görülən işlərin əhəmiyyətini xüsusilə vurğulayıblar.