“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2024-cü il üçün Tədbirlər Planı” üzrə Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı çərçivəsində cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri 7, 18, 29, 96 və 129 nömrəli tam orta məktəblərdə və Elitar Gimnaziyada uşaqlar və yeniyetmələr arasında intihar, məişət zorakılığı hallarının qarşısının alınması və onların asudə vaxtlarının səmərəli təşkili mövzusunda şagird, müəllim, psixoloq və valideynlər üçün təqdimatlar keçirilib.
Görüşlər zamanı valideynlər və məktəb heyətinə uşaqların psixoloji rifahını qorumaq, onların təhlükəsiz və sağlam mühitdə inkişafını təmin etmək üçün praktiki tövsiyələr verilib. Həmçinin uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün müxtəlif təkliflər irəli sürülüb.
Bu təqdimatlar uşaqların və yeniyetmələrin sağlam inkişafına dəstək vermək, məktəblərdə psixoloji dəstək xidmətlərinin əhəmiyyətini artırmaq, valideynləri, müəllimləri, məktəb psixoloqlarını bu problemlərin əhəmiyyəti və onların qarşısının alınması yolları ilə tanış etmək məqsədi daşıyır.
Təlimlərdə 420 şagird, 123 müəllim, 9 psixoloq və 189 valideyn iştirak edib. Qeyd edək ki, bu təşəbbüs məktəb mühitində təhlükəsiz və dəstəkləyici atmosfer yaratmaq üçün mühüm bir addımdır.