Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirilib

Tarix: 31.10.2024
Paylaş:

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planının icrası məqsədilə ARTİ-nin silsilə tədbirləri davam edir.

Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə 29 oktyabrda “Narkomaniya və onun fəsadları” adlı tədbir keçirilib. ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı, şöbənin aparıcı elmi işçisi Bahar Bəylərova-Ələkbərova və BDU Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov tədbirdə iştirak ediblər.

Psixologiya ü.f.d. B.Bəylərova-Ələkbərova “Sevməyi seç” adlı mövzu əsasında tələbələrə Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu?; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə: Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir? Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında təqdimatla çıxış edib.