31 oktyabrda Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşı Gülnar Tahirli tərəfindən ARTİ əməkdaşları üçün Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsi ilə bağlı infosessiya keçirilib. Tədbirdə milli kvalifikasiyalar çərçivələrinin əhəmiyyəti, ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi və Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) barəsində iştirakçılara məlumat verilib.
Tədbir AzMKÇ-nin məqsədləri, səviyyələri, səviyyə deskriptorları, Avropa ali təhsil məkanında kvalifikasiyaların müqayisəsi və tanınmasında daşıdığı funksiyalar barəsində müzakirələr şəklində davam edib.