Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində 2024/2025-ci tədris ili üzrə metodiki görüşlər davam etdirilir

Tarix: 06.11.2024
Paylaş:

2024/2025-ci tədris ili üzrə Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodiki işin təşkili ilə əlaqədar fəaliyyətlər davam edir.

Belə ki, cari ilin oktyabr ayında MİP reallaşdırılan 35, 51, 91, 111, 178, 260, 276, 154, 265, 35, 242 nömrəli tam orta məktəblərdə MİP çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı metodiki görüşlər təşkil edilib. Keçirilən görüşlərin müzakirə obyekti müəllimlərin peşəkar inkişafı, şagird nailiyyəti və məktəbdə öyrədici və dəstəkləyici mühitin inkişafı istiqamətlərini əhatə edib. Metodiki görüşlər müxtəlif fənləri tədris edən müəllimlər ilə təşkil edilib. Görüş zamanı müəllimlər differensial yanaşma, summativ qiymətləndirmə vasitələrinin hazırlanması, dərsin planlaşdırılması, diaqnostik və formativ qiymətləndirmə mövzuları ilə əlaqədar müzakirələr aparıb, qarşıya çıxan problemlər və həll yolları ilə bağlı fikir bildiriblər.

Qeyd edək ki, Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində şagird nailiyyəti və məktəbin dəstəkləyici mühitinin qurulması istiqamətində həyata keçiriləcək digər fəaliyyətlərin növbəti metodiki görüşlərdə təşkili planlaşdırılır.