Respublika üzrə 200 məktəbin iştirakı ilə həyata keçirilən “Məktəblər üçün PISA” qiymətləndirmə tədqiqatında 8500-dən çox şagird iştirak edib. Tədqiqatın koqnitiv hissəsində şagirdlər oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıq əsaslı sualları cavablandıraraq, öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Sorğu hissəsində isə şagirdlər sosial, emosional və iqtisadi vəziyyətlərini ölçən sualları cavablandırıblar.
Qeyd edək ki, növbəti həftədən etibarən toplanmış məlumatların təmizlənməsi və cavabların yoxlanılması prosesinə başlanılacaq. Məlumatlar beynəlxalq mərkəzə təqdim edildikdən sonra İƏİT tərəfindən tədqiqatda iştirak etmiş hər bir məktəb üçün fərdi hesabatlar hazırlanacaq və bu tədqiqatın nəticələrindən məktəblərin inkişaf planının hazırlanmasında istifadə ediləcək.