Lütfi Zadə adına məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

Tarix: 15.10.2021
Paylaş:

15 oktyabr tarixində Lütfi Zadə adına məntiq olimpiadasının mükafatlandırma mərasimi təşkil edilib. Tədbirə bilik yarışında qalib elan edilən 60 nəfər şagird dəvət olunub.

Tədbirdə Təhsil Nazirliyinin, ARTİ-nin, ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, olimpiada Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən  ibarətdir.