PIRLS 2021 – Oxu məqsədləri üzrə nəticələr

Tarix: 06.12.2024
Paylaş:

 

PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatı ölkələrin oxu məqsədləri üzrə nəticələrini də əhatə edib.

Azərbaycanlı şagirdlərin müvafiq istiqamət üzrə nəticələrini təqdim edirik.

Şagirdlərimizin oxu məqsədlərindən olan bədii oxu təcrübəsi üzrə əldə etdikləri orta bal 441, məlumatların əldə edilməsi və istifadəsi üzrə orta bal isə 439 olub. Xatırladaq ki, Azərbaycanın PIRLS 2021 üzrə orta balı 440 olub.

Nəticə üzrə ətraflı məlumat əldə etmək üçün keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz:

https://pirls2021.org/results/relative-achievement/purposes/

Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların bədii oxu təcrübələrini və məlumatları əldə edərək istifadə etmək bacarığını ölçür.