Respublika və beynəlxalq fənn olimpiadalarında dəfələrlə qalib olmuş Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevinc Mahmudova dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
Sevinc Mahmudova Respublika Fənn Olimpiadalarında 1 qızıl və 2 gümüş medal, riyaziyyat fənni üzrə iki dəfə Avropa Qızlar Olimpiadasında (EGMO) və bir dəfə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) bürünc medallar qazanıb.
O, olimpiadalara Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində hazırlıq keçib. Ötən il məzun olan Sevinc Mahmudova hazırda Cənubi Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) I kurs tələbəsidir.