ARTİ 29 sentyabr saat 17:00-da “İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları” adlı vebinar təşkil edəcək.
Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerlər ibtidai siniflər üçün “Azərbaycan dili” dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Məmmədova və ARTİ-nin Tədris resursları şöbəsinin əməkdaşı, Azərbaycan dili dərslik komplektinin həmmüəllifi Aysel Xanalıyeva olacaq.
Vebinarın keçirilməsində əsas məqsəd müəllimləri, valideynləri və ibtidai təhsil mütəxəssislərini “Azərbaycan dili” dərslik komplektinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi ilə tanış etmək, yeni “nəsil” Azərbaycan dili dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri haqqında məlumat vermək və ictimaiyyəti maraqlandıran sualları cavablandırmaqdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.