1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun növbəti spikeri “Khan Academy”nin qurucusu və CEO-su Sal Xandır.
Sal Xan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunudur.
O, 2005-ci ildə “Khan Academy” adlı ödənişsiz təlim platformasını yaradıb.
Forumda iştirak ödənişsizdir. Çıxışlar Azərbaycan dilinə tərcümə ediləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyat 28 sentyabra qədər davam edir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55
“Khan Academy” haqqında ətraflı məlumat:
“Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan “Khan Academy” bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə “Khan Academy”də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur. 2017-ci ildən “Khan Academy” Azərbaycanca rəsmi fəaliyyət göstərir. Leyla Qasımovanın təmsilçiliyi ilə bu günə qədər yazılı məzmundan 9 milyon 800 min söz tərcümə olunub və 2000-ə yaxın video lokallaşdırılıb. Videoların hazırlanmasında, tədris materiallarının tərcüməsində 500-ə qədər azərbaycanlı könüllü iştirak edir. “Khan Academy” Azərbaycancaya keçid üçün: https://az.khanacademy.org/