“Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs” yekunlaşıb

Tarix: 21.10.2021
Paylaş:

ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs”un ilk mərhələsinə yekun vurulub.

Sentyabrın 9-dan etibarən başlayan pedaqoji kursda 6 həftə ərzində 21 müəllim 6 ADPU mərkəzində (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) 341 tərbiyəçi-müəllimlə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri paylaşıblar.

Qeyd edək ki, pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəlllimləri məktəbəqdər yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, bilik və bacarıqlarını artırmaqdır. Həmçinin bu pedaqoji kurs ADPU-nun “Məktəbəqədər təhsil” fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.